Dövlət sirri ilə bağlı qanun dəyişdirilir…

“Dövlət sirri haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) oktyabrın 30-da keçirilən plenar iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən göndərilən qanun layihəsində dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edən orqanların siyahısı genişləndirilir.

Belə ki, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən təşkil ediləcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Milli parlamentimizin ilk iclası ilə bağlı yeni və ayrıca iclas keçirilsin

Read Next

Zahid Orucdan Tamerlan Qarayevə – TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir