Dövlətimə və prezidentimə minnətdaram – İMAMVERDİ İSMAYILOV

“Şöhrət” ordeni ilə təltif olunmağıma görə prezidentimə, dövlətimə minnətdaram”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, tanınmış publisist İmamverdi İsmayılov bir az öncə ölkə Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasına münasibətini bildirərkən deyib.

Millət vəkili deyib ki, bu, ona olan böyük etimaddır.

1200px-İmamverdi_İsmayılov

“Mən prezidentimə minnətdaram. Mən dövlətimə minnətdaram. Balaca əməyimi, xidmətimi qiymənləndirdiyinə görə mən özüm, ailəm, həmçinin, seçicilərim adından Azərbaycan dövlətinə və onun dövlət başçısına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu, mənə göstərilən böyük etimadır və bu etimadı da doğrultmağa çalışacam”-deyə, İ. İsmayılov sözlərinə əlavə edib.

Qeyd edək ki, iyunun 10-u İ. İsmayılovun doğum günüdür.

Onun 60 yaşı tamam olur.

Təbrik edirik!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev qambiyalı naziri qəbul etdi – FOTO

Read Next

Səmədzadənin Azərbaycan adlı Sənət Gecəsi keçiriləcək – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir