“Dövlətimiz bizi naümid qoymayacaq…”-BƏHRUZ MƏHƏRRƏMOV BAŞ NAZİRDƏN NƏ XAHİŞ ETDİ?

Pambıq səpini başa çatmaq üzrədir, Biləsuvar əhalisində bu mövsümə böyük ümidlərlər var. Lakin susuz sahələrin taleyi açığı məni ciddi narahat etməkdədir. Ona görə də Baş Nazirə yazılı müraciət edərək əkin sahələri və əhalinin su təminatı məsələsini bir daha cənab Əli Əsədovun diqqətinə çatdırdım.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Tam əminəm ki, dövlətimiz bizi naümid qoymayacaq. Bundan əlavə ayrı-ayrı vətəndaşlardan gələn məktubları da qəbul etməkdəyik. Müraciətlər ən çox məşğulluq, özünüməşğulluq, əlillik dərəcələri, ünvanlı sosial yardım, bələdiyyələrin və icra orqanlarının fəaliyyəti, həmçinin ayrı-ayrı təsərrüfat sahələri üzrə problemlərlə bağlı daxil olur. Habelə, şikayətlərin bəzilərində cinayət tərkibinin əlamətlərinin olması şübhəsi ilə əlaqədar həmin faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Onlar insanlıq adına qara ləkədirlər…”-ELDƏNİZ SƏLİMOV

Read Next

“Bu istiqamətdə maarifləndirici verlişlərin, proqramların daha da artırılmasına ehtiyac var”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir