“Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib…”-MİLLƏT VƏKİLİ

İyunun 10-da Milli Məclisin (MM) Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatası və Senatının Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının rəhbərləri arasında videokonfrans formatında görüş keçirildi. 

Etikxeber.az-ın xəbərinə görə, Müşfiq Məmmədli öncə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu dedi, sonra bildirdi ki, Braziliya dünyanın ən sürətli inkişaf edən ölkələrdən biridir:

“Ölkəmiz  Braziliya  ilə münasibətlərin inkişafında   maraqlıdır və bunun üçün kifayət  qədər böyük potensial  var”. 

Deputat bildirdi ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsində hər iki ölkənin qanunvericilik  orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Qeyd edildi ki, deputatların qarşılıqlı səfərləri əməkdaşlığı yeni mərhələyə qaldırılmasında mühüm rol oynaya bilər.

Müşfiq Məmmədli videokonfransda hazırda dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verdi.

Nəzərə çatdırıldı ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verdi:

“Hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir. Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır, dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib”.

Sonra Braziliya Milli Konqresi Federal Senatının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Antonio Anastasiya da görüş üçün minnətdarlığını bildirdi, Azərbaycanın son  illərdə əldə etdiyi nailiyyətlərin Braziliya tərəfindən yüksək qarşılandığını diqqətə çatdırdı.

O, parlament dostluq qruplarının fəaliyyətindən söz açdı, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacib olduğunu  vurğuladı.

Görüşdə  qarşılıqlı maraq doğuran bir  sıra  məsələlər  barəsində fikir  mübadiləsi  aparıldı.

Videokonfransda Senatın Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kladio Kajado,  Braziliya Respublikasının Azərbaycandakı səfiri Manuel Monteneqro, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov əməkdaşlığımızın siyasi, iqtisadi, humanitar əhəmiyyətini yüksək qiymətləndirdilər. 

Etikxeber.az

Read Previous

Daha 339 yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Maska, sosial məsafə, sosial məsuliyyət-onlar təhlükəli ınfeksiyanı bizə yaxınlaşmağa qoymayan sipərdir”-EKS MİLLƏT VƏKİLİ DƏ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir