“Dövlətimiz həyatında çox əlamətdar hadisələr yaşanmaqdadır…” – SAHİBƏ QAFAROVA YAZIR

Bu günlərdə Azərbaycan dövlətinin həyatında çox əhəmiyyətli və əlamətdar hadisələr yaşanmaqdadır.

qars

Bir müddət əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması, dünən isə Bakı-Tbilisi – Qars dəmir yolunun açılış mərasimin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin, regionda və daha geniş coğrafiyada oynadığı əhəmiyyətli rolun ifadəsinə çevrilib. Və əlbəttə, bizlər bu tarixi hadisələrə şahidlik etdiyimiz üçün müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq haqlı qürur hissi keçiririk.

qars-2

Ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan hər cəhətdən güclü dövlətə çevrilib. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin gücləndirilməsi təminat altına alınmışdısa bu gün haqqında danışdığımız Sazişin imzalanmasının da Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyəti var. Bu sazişlə  böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Birmənalı şəkildə qeyd edə bilərik ki, bu Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Bu Sazişin imzalanması tərəfdaşları arasında ölkəmizə qarşı böyük inam formalaşdığını təsdiqləyir.

qars-1

Təbii ki, bu Sazişin icrası Azərbaycanın iqtisadi gəlirlərini, qüdrətini artırmaqla yanaşı onun geosiyasi mövqeyinin, regional lider kimi proseslərdə təsirlərinin artmasını da təmin edəcək. Eyni zamanda sazişin sosial əhəmiyyətini də xüsusi vurğulamağa ehtiyac var. Sirr deyil ki, bir sıra ölkələrin acı təcrübəsi göstərir ki, zəngin karbohidrogen ehtiyatlarının olması heç də həmin ölkələrin firavan, xoşbəxt yaşamasını təmin etməyib, əksinə ayrı-ayrı hallarda təbii sərvətlər inkişafın qarşısında əngələ çevrilib.

baki-tbilisi

Bunun əsas səbəbi isə bəzi hallarda milli dövlətlərin neft gəlirlərini səmərəli şəkildə idarə etməmələri ilə bağlıdır. Azərbaycanın nümunəsində isə tamam fərqli mənzərənin şahidi oluruq. Ölkəmizdə neft gəlirlərinin səmərəli idarə edilməsi ilə həm əldə olunan vəsaitlər gələcək nəsillər üçün qorunub saxlanılır, həm də  ölkə üçün strateyi əhəmiyyət daşıyan layihələrin icrasına yönəldilir. Ötən dövrdə neft gəlirlərinin səmərəli istifadə edilməsi sayəsində ölkəmizdə sosial sferanın prioritetliyi təmin olunub. Bu sahədə respublikamız dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edib.

ilham-erdo

Müstəqillik illərində bütün ölkə boyunca məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, paytaxt Bakıda və bölgələrdə yeni səhiyyə müəssisələri açılıb, insanlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib. Bütün bunların arxasında isə, təbii ki, dövlətin güclü siyasi iradəsi ilə yanaşı, ölkənin təbii ehtiyatlarından səmərəli istifadə olunması haqqında imzalanmış sənədlərin məqsədlyönlü və ölkəmizin maraqlarının təmin olunması baxımından uğurla icra olunması dayanır. 

Beləliklə, sadalanan uğurlar və burada qeyd etmədiyimiz digər xeyli sayda bğöyük gözləntilərimizi nəzərə alaraq hesab edirəm ki, Milli Məclis olaraq Azərvaycab dövlətinin Sazişin icra olunması ilə bağlı öhdəliklərinin icra olunmasına hər cür dəstək verməliyik.

Sahibə QAFAROVA,

Professor, Milli Məclisin (MM) komitə sədrinin müavini, AŞPA-nın komitə sədri

Etikxeber.az

Read Previous

“Sevindirici məqam şəxsən İlham Əliyevin maneələrə baxmayaraq, bu nəhəng ideyanı gerçəkləşdirmək əzmidir” – ƏFLATUN AMAŞOV

Read Next

“Qarabağ”dan QƏLƏBƏYƏ BƏRABƏR HEÇ-HECƏ – 1:1 YENİLƏNİB (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir