“Dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək, sosial şəbəkədə Azərbaycanı, onun mədəniyyətini təbliğ etməliyik”-“AZƏRBAYCAN MƏDƏNİYYƏTİ” QRUPUNUN RƏHBƏRİ

“Azərbaycan mədəniyyəti” qrupu sosial şəbəkə platformasıdır.

Etikxeber.az-ın xəbərinə görə, Qrupun-layihənin rəhbəri Nicat Müslümov bildirib ki, Azərbaycan muğamına, mədəniyyətinə dövlətimiz tərəfindən çox böyük qayğı var:

“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın mədəniyyətimizə olan qayğısı hər kəsə məlumdur. Mən özüm uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Musiqi duyumu insanda uşaqlıqdan olmalıdır. Uzun illərdir ictimai fəaliyyətlə məşğulam, son 4 ildə isə 2017 ci ildən start götürülüb “Azərbaycan mədəniyyəti” layihəsi üzərində işləyirik. Azərbaycan mədəniyyəti çox gözəl və zəngindir. Dövrümüz internet dövrüdür. “Azərbaycan mədədniyyəti” qrupunun “Facebook”da 14 min izləyicisi olan qrupu var.

Qrupda həmvətənlərimizlə yanaşı xarici vətəndaşlar da var. Xaricdə oxuyan tələbələrimizdən xahiş etmişik ki, bizim layihə haqqında ətrafındakı dostlarına məlumat versin. Onlar da Azərbaycan mədəniyyətini izləsinlər. Lahiye mənim ideyam və təşəbbüsümlə yaradıldı Azərbaycan mədəniyyətinə dəstək məqsədilə sosial şəbəkələrdə “Azərbaycan Mədəniyyəti ” adlı qrup (Lahiyə) yaradaraq Məqsədimiz müasir gənclər arasında milli, xalq mahnılarını, korifey sentkarları tanıtmaq, istedadlı gəncləri üzə cıxarmaq, mədəniyyətimizə dəstək olaraq muğamı təbliğ etməkdir.

Sosial şəbəkələrdə xalq mahnılarımızı, musiqilərimizi təbliğ etməkdir. Eyni zamanda, şairlərimizin, yazarlarımızın, korifey aktiyorları, Xalq artistlərimizin həyat və yaradıcılıqları haqqında da gənclərə məlumat veririk. Biz bu 4 il müddətində dəfələrlə ali və orta təhsil müəssisələrində muğam gecələri təşkil etmişik. Sosial mediada aktiv fəaliyyətdəyik. Bunları niyə edirik? Çünki indiki gənclik virtual aləmdə çox olur. Heç olmasa, muğam haqqında, sənətkarlar barədə məlumatlı olsunlar, maariflənsinlər. Məqsədimiz gənclər arasında muğamı sevdirməkdir. Muğamı sevmək, duymaq lazımdır. 14 mindən çox izləyici cəlb edilib”.

O, sonra qeyd edib ki, mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının fotoları, xalq mahnılarının mətnləri, muğam ifaçıları ilə bağlı televiziyalarda yayımlanacaq verilişlərin tarixi və saatı ilə bağlı bilgilər çatdırılır ki, bu da izləyicilərdə maraq yaradıb:

“Həm də digər sosial şəbəkələrdə-müxtəlif qruplarda təqibçisi çox olan yeni qruplarlarda postlarımız gənclər tərəfindən paylaşım olunur”.

N.Müslümovun sözlərinə görə, bu layihə həm də Azərbaycan gənclərini muğam sənəti ilə bağlı maarifləndirmək deməkdir.

“Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz gənclər Azərbaycan dövlətinin çalışmalarına, son dərəcə ciddi əhəmiyyət daşıyan əməyinə böyük qiymət, dəstək verməli, dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək, sosial şəbəkədə Azərbaycanı təbliğ etməliyik. Mən gənclərimizi daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyirəm”-deyə, N. Müslümov sonda bildirib.

https://www.facebook.com/messenger_media?thread_id=100005199601964&attachment_id=722493721977623&message_id=mid.%24cAAAAAAUfgRB81eN1ql2pJ1lp5Z50

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə bu dəfə nüfuzlu elm təşkilatının-“QIZIL MEDALI”NA LAYİQ GÖRÜLDÜ…

Read Next

Döyüşlərdə çox ağır yaralanan…Hələ də müalicə alan və iki medallı Qazimiz…Qəhrəman Goranboyun daha bir İgidi-FUAD MAHİR OĞLU HƏSƏNOV!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir