“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib…”-MN – DÜŞMƏN 4 RAYONU YENİDƏN ATƏŞƏ TUTUR – NAZİRLİKDƏN İKİ TƏKZİB – ERMƏNİLƏRİN DAHA BİR SİLAH ANBARI MƏHV EDİLDİ – YENİLƏNİB – (6) – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

08:24

***

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur.

MN-dən bildirilib ki, oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

08:40

***

Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

MN-dən verilən məlumata görə, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb.

11:22

***

Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə də MN-dən bildirilib.

12:04

***

“Ordumuza məxsus PUA vurulmayıb”.

MN-dən qeyd edilib ki, Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.

13:30

***

Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib.

MN-dən verilən məlumata görə, Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb.

Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.

14:55

***

Düşmənə dəqiq zərbələr endirilib.

MN-dən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.

19:55

***

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib.

MN-dən bildirilib ki, oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.

Etikxeber.az

Read Previous

“Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır!”-MEHRİBAN ƏLİYEVA – YENİLƏNİB

Read Next

“Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır”-MN-DƏN “XOCALI” AÇIQLAMASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir