Döyüşlərdə çox ağır yaralanan…Hələ də müalicə alan və iki medallı Qazimiz…Qəhrəman Goranboyun daha bir İgidi-FUAD MAHİR OĞLU HƏSƏNOV!

Bir az öncə yenə çox gözəl, sevindirici xəbər aldım…

Haqqında Fb səhifəmdə, vatsapımda bir neçə dəfə yazdığım, paylaşımlar etdiyim İkinci Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ Savaşı Qazisi, Qəhrəman Goranboyumun daha bir İgidi, atamın və anamın sinif yoldaşlarının-Bəhman dayının nəvəsi, həm də rəhmətlik atamın dostu-Haqq dünyasında olan Mahir müəllimin oğlu Fuad Mahir oğlu Həsənov ikinci dəfə medalla təltif olunub…

Bu haqda da elə bir az əvvəl Fuadla telefon söhbətim zamanı öyrəndim, məlumat əldə etdim və çox sevindim…

Birinci dəfə “Cəsur döyüşçü” medalı ilə təltif olunan İgidimiz, Qazimiz srağagün, 29 dekabr tarixində də Müzəffər Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltiflənib…

2016-cı ildən MAXE olan Qazimiz Suqovuşanda, Talış-“Ağuçuq” deyilən yerdə vuruşub…

İkinci Vətən Müharibəsi başlanandan ilk andan, ilk saniyədən də döyüşlərdə olub, igidliklər göstərib və döyüşləridən birində, özü də səhər saatlarında çox ağır şəkildə yaralınıb…

O dərəcədə yaralanıb ki, 3 aya yaxındır hələ də tam sağlamlığına qovuşa bilməyib, hələ də ev şəraitində müalicəsini davam etdirir, müalicəsi hələ çəkəcək…

İki gözəl övlad atası olan 32 yaşlı Fuad səhhətindəki bütün problemlərə, ağrı-acılara baxmayaraq, yenə Dimdik ayaqdadır, yenə Əzmli, yenə Məğrurdur…

Fuad bir müddət öncə ailə üzvləri ilə birgə koronavirus bəlasına da yoluxmuşdu…

Şükür ki, indi hər şey yolundadır, özü də, ailəsi də virusdan xilas ola, qurtula bilib…

Qeyd etdiyim kimi, Fuadın babası Bəhman dayı rəhmətlik atam və anamla bizim kənddə-Qızılhacılıda bir sinifdə oxuyublar…

Nərimanlı (keçmiş Leninkənd kəndi) kəndindən gələrək, bizim kənddə təhsilini davam etdirib…

Fuadın atası-rəhmətlik, həyatdan vaxtsız köçən, Haqq dünyasında olan Mahir müəllimi də elə bilirəm ki, Goranboyda tanımayan yoxdur…

Çox cavan, çox gənc vaxtlarından istedadına, qabiliyyətinə, gözütoxluğuna görə, vəzifələrə irəli çəkilib, hətta Goranboyun ikinci şəxsi, icra başçısının birinci müavinliyinə qədər yüksəlib…

Rəhmətlik atamla da çox yaxın, dost idilər…Atam onun haqqında çox yüksək fikirdəydi…

Özüm də sağlığında bir neçə dəfə Mahir müəllimlə görüşmüşdüm… Toyumda da iştirak etmişdi…Hətta 80-ci illərdə keçmiş “komsomol”a da məni Mahir müəllim keçirmişdi…

Çox sakit, çox mədəni, çox abırlı və çox təmiz insan idi…

Allah Mahir müəllimə də, atama da rəhmət etsin, Fuada, ailəsinə, Bəhman dayıya da uzun ömürlər, can sağlığı versin, huzur, səadət bəxş etsin.

Tezliklə sağlamlığına qovuşasan-İgid Qazimiz, Qəhrəman Fuadımız!

Fəxrimizsən!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək, sosial şəbəkədə Azərbaycanı, onun mədəniyyətini təbliğ etməliyik”-“AZƏRBAYCAN MƏDƏNİYYƏTİ” QRUPUNUN RƏHBƏRİ

Read Next

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları-TƏLTİF EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir