“Dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi vacibdir…” – MİLLƏT VƏKİLİ

ATƏT Parlament Assambleyasının (PA) Mərakeşdə keçirilən payız sessiyasında ölkəmizi Milli Məclisin nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili təmsil edirlər.

Etikxeber.az  xəbər verir ki, “Avropa-Aralıq dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasında ATƏT və tərəfdaşların rolu” mövzusuna həsr olunan sessiyada çıxış edən Ülviyyə Ağayeva ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə çox böyük işlər gördüyünü bildirib.

Gender bərabərliyinin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini vurğulayan Ü.Ağayeva deyib ki, milli azlıqların və etnik qrupların demokratik parlamentdə təmsil olunması üçün əlverişli şəraitin yaradılması Xalq Cümhuriyyətinin mühüm uğurlarından biri idi:

“Müsəlman dünyasında ilk dünyəvi parlament respublikasının ən vacib uğurlarından biri də qadınlara seçki hüququnun verilməsi idi. Bu, qadınlara Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyə imkan yaratdı. Etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib hadisə idi”.

Deputat vurğulayıb ki, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi sahəsində də mütərəqqi addımlar atılmağa başlandı. 1995-ci ildə Azərbaycan “Qadınlar Konvensiyası” adlandırılan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edərək, sözügedən prosesə qoşuldu.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ümummilli lider Heydər Əliyev 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəd qadın və kişilərin Azərbaycan Respublikasının bütün dövlət strukturlarında bərabərhüquqlu təmsilçiliyinin təmin edilməsini nəzərdə tuturdu.

Deputat bildirib ki, bu gün Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, İKT sahəsində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında təmsil olunurlar. Hazırda ölkəmizdə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb. Bununla Azərbaycan G20 üzvü olan bir çox ölkəni qabaqlayır.

Vurğulanıb ki, Azərbaycanın gənc qadın liderləri və yeni nəsil birinci xanım Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən böyük ilham alırlar.

Sonda deputat qeyd edib ki, ATƏT məkanında təhlükəsizlik və əmin-amanlıq üçün bərabər hüquqların, din və etiqad azadlığının təmin edilməsi, dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi vacibdir.

Etikxeber.az

Read Previous

“Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

Read Next

Nəriman Həsənzadə prezidentin “Valday” bəyanatına – “YAŞA SƏN!” ADLI ŞEİR HƏSR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0