DSX-nın matrosu intihar etdi-CİNAYƏT İŞİ BAŞLANDI…-YENİLƏNİB

Yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

DSX-nın Mətbuat Mərkəzindən Etikxeber.az-a verilən məlumata görə, saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

Koronavirusa yoluxanların sayı-350 MİLYONA YAXINLAŞIR…

Read Next

“Hər gün əlinin qabarını qayçı ilə kəsərdim…”-25 YAŞI TAMAM OLAN ŞƏHİD ƏMRAH CƏFƏRLİNİN ANASI – ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ, MƏZARI ZİYARƏT EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir