DTX Azərbaycan və Ermənistan təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin görüşü barədə-MƏLUMAT YAYDI…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri barədə məlumat yayıb.

Etikxeber.az-ın DTX-nın saytına istinadən məlumatına görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib.

Sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak edib.

Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşüb, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Eyni zamanda, aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanmışdır.  

Etikxeber.az

Read Previous

“Hörmətli Malkoçla görüşdə Qarabağımızın azad edilməsindən, Zəfərimizdən və mövcud durumdan bəhs etdik…”-MİLLƏT VƏKİLİ TÜRKİYƏNİN BAŞ OMBUDSMANIN QARABAĞLA BAĞLI YENİ KİTABININ İŞIQ ÜZÜ GÖRDÜYÜNÜ DEDİ – FOTOLAR

Read Next

“Onların məsələsi dövlətin məsələsidir, onların adi, hətta gözlə görünməyən problemi dövlətin problemidir və onları həll etmək də dövlətin vəzifəsi, görəvirdir…Başqa şəkildə ola bilməz, başqa şəkildə olması mümkün deyil…”-JALƏ ƏLİYEVA MÜSAHİBƏSİNDƏ DAHA NƏLƏRDƏN DANIŞDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir