DTX bu dəfə Neftçala İcra Hakimiyyətində-ƏMƏLİYYAT KEÇİRDİ-SAXLANILANLAR VAR…

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək. 

Qeyd edək ki, əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanıldığı barədə xəbərlər də yayılıb.

Etikxeber.az

Read Previous

“Həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil, bunu bilirik…”-ZAUR ƏLİYEV – YENİLƏNİB

Read Next

Mehdiyevdən AMEA-da növbəti struktur dəyişikliyi – 3 ŞÖBƏ BİRLƏŞDİRİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir