DTX Sabir Rüstəmxanlının rəqibini-YAP-IN DEPUTATLIĞA NAMİZƏDİNİ SAXLADI – HAKİM PARTİYA HƏLƏLİK AÇIQLAMA VERMƏYİB… – YENİLƏNİB

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçalada keçidiyi əməliyyat nəticəsində saxlanılanlardan biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 9 fevral seçkilərində rəsmi deputatlığa namizədi olmuş Gültəkin Zakir qızı Sadıqovadır.

Etikxeber.az-ın xəbərinə görə, YAP onun namizədliyini 61 saylı Neftçala Seçki Dairəsindən irəli sürmüşdü.

44 yaşlı G.Sadıqova Neftaçala Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri idi.

Qeyd edək ki, 61 saylı Seçki Dairəsinin qalibi 5 dəfə millət vəkili olan Xalq şairi Sabir Rüstəmxanlıdır.

Hələlik YAP bununla bağlı rəsmi açıqlama verməyib…

***

Əldə etdiyimiz məlumata görə, G. Sadıqova Neftçalanın çox tanınmış ailələrindən birinin övladıdır.

Ailə üzvləri, qohum-əqrəbası uzun illər rəhbər vəzifələrdə çalışıb, ziyalı, həm də imkanlı olublar və indi də rayonda böyük hörmət sahibidirlər.

Bu səbəbdən G. Sadıqovanın həbsi (saxlanılması), rüşvətxorluğa qurşanması həm ailəsində, həm də onu tanıyanlarda şok effekti yaradıb…

Etikxeber.az

Read Previous

“Mövcud olmayan qərarı kim verib, o da aydın olmadı…” – MƏHKƏMƏ ARİF HACILININ MSK-YA QARŞI İDDİASINI TƏMİN ETMƏDİ…

Read Next

“Könüllülük gənclərimizi hər zaman bir amal ətrafında sıx birləşdirir!” – YUSİF BABANLI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir