Duman olacaq, külək əsəcək-SABAH

Martın 10-a gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° şaxta olacaq.

Etikxeber.az

Read Previous

“Ordumuz yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Qanunsuz ağac kəsilməsi ilə bağlı 6 cinayət işi açıldı-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir