Dumanın 75 deputatına sanksiya tətbiq edildi-AVSTRALİYA TƏRƏFİNDƏN

Avstraliya hökuməti Dövlət Dumasının deputatlarına, “Luqansk Xalq Respublikası və “Donetsk Xalq Respublikası nazirlərinə, həmçinin rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edib.

 Etikxeber.az məlumat verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bəyanatında deyilir ki, Avstraliya hökumətinin sanksiyaları Dövlət Dumasının 75 deputatına, “Donetsk Xalq Respublikası”nın 20 nazirinə və “Luqansk Xalq Respublikası”nın 12 əsas nazirinə qarşı tətbiq edilib.

Eyni zamanda, sanksiya siyahısına rusiyalı telejurnalist Vladimir Solovyov da daxil edilib.

Etikxeber.az

Read Previous

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı-İCLAS KEÇİRƏCƏK

Read Next

Milli Məclisin sabahkı iclası: GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏRİN SAYI 22-YƏ ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir