“Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər və Laçın…Və bütün Qarabağ! Biz gəlmişik, biz gəlirik, biz gələcəyik!”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDAN VƏ BİRİNCİ XANIMIN QARABAĞ SƏFƏRİNDƏN YAZDI

Daha bir Tarix yazıldı, daha bir Qürur yaşandı.

Dostlar sevindi, düşmənlər kor oldu.

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyev və ən yaxın sirdaşı, silahdaşı, Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım dünən, tarixi 10 noyabr Qələbəsindən, cəmi 6 gün sonra işğaldan azad olunmuş yurd yerlərimizə-Cəbrayılımıza, Füzulimizə, Xudafərinimizə getdilər.

Bu gediş adi gediş gediyildi. Bu gediş tarixi Gediş, tarixi Qayıdış idi.

28 il öncə işğal olunan və bu ilin oktyabrında işğaldan azad edilən Qarabağımıza Gediş, Dönüş, Qayıdış idi!

Azərbaycan 28 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi!

Bir daha Onun olduğunu və bir daha bundan sonra kimsənin Ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi, bütün dünyaya duyurdu.

Gedişin, Qayıdışın, Dönüşün, Dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86, 6 min kvadrat kilometrlik Azərbaycanım!

Gözün aydın Qarabağ, gözün aydın, Vətən!

Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar…

Bunu bizə-bizlərə, sənə-Qarabağa, Vətənə yaşadan və yaşadanlar-Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu, qanları ilə torpağı suvararaq, onu Vətən etmiş igid övladların var olsun, min yaşasınlar!

44 günlük tarixi İkinci Vətən Müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız Qələbələrin, 8 noyabr Şuşa Zəfərinin, 10 noyabr Möhtəşəmliyinin dünən davamı-növvəti Əzəməti, Qüruru yaşandı.

28 il öncə o torpaqlardan necə çıxmışdıq, nə müsibətlər, nə bəlalar yaşamışdıq, dünən necə qayıtdıq, dünən necə döndük… Müqayisəyə və ölcüyəgəlməzdir!

“Arxalı köpək” tərəfindən uduzdurulan Azərbaycan Qalib Azərbaycan kimi döndü Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə! Vəsf etmək üçün sözlər, kəlmələr belə yetmir…

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır…”-deyir Qalib Ali Baş Komandan.

Və dərhal əlavə edir ki, Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi və bu, əslində düşmənə vurulan son zərbə idi.

Ali Baş Komandanın dediyi kimi, təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.

Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi və bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.

“Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək”-deyən ölkə Prezidenti onu da qeyd edir ki, düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.

“Bu işləri biz planlı şəkildə aparacağıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri”-deyərək, Ali Baş Komandan, Dövlət Baba həmçinin bildirir ki, bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi – Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil…

Bəli, Ali Baş Komandanın dediyi kimi, düşmən oğru, vicdansız bir düşməndir. Bu baxımdan, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələr məğlub olub, biz – Xeyir qüvvə qalib gəlmişik. Çünki biz qurub yaradanıq.

Daha bir sitat:

“Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın…”.

Bəli, Haqq-ədalət zəfər çaldı.

Müzəffər Azərbaycan Ordusu zəfər çaldı.

Düşmənin beli qırıldı.

Düşmən torpaqlarımızdan qovuldu.

Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər və Laçın…Və bütün Qarabağ!

Biz gəlmişik, biz gəlirik, biz gələcəyik.

Çünki Qarabağ bizimdir!

Çünki Qarabağ Azərbaycandır!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Hərənin öz müharibəsi var-dini savaş ayrı, Katalikosluq tacını götürmək ayrı…”-ZAHİD ORUCUN YAZISI

Read Next

“Bəzi rus media qrumları bundan müyyən nəticə çıxarmaqla, öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir