Dünən yaşananlar və YAŞADIQLARIM…-KAMİL HƏMZƏOĞLU YAZDI

Dünən, cəmi saatlar öncə çox yaxşı xəbər aldım…

Qəhrəman Qızılhacılımın İkinci Vətən Müharibəsi Qazilərindən olan, döyüşlərdən birində çox ağır yaralanan, yəni, oktyabr ayından bu yana ağır əməliyyat və müalicələrdən keçən, ötən ilin dekabr ayının sonlarından yenidən “Papanin” hospitalında müalicə alan “Cəsur döyüşçü” Aqil Vahid oğlu Eminov əməliyyat üçün qardaş Türkiyəyə göndərildi…

Daha bir neçə Qazimizlə, İgid Vətən övladlarımızla…

Qeyd edim ki, ay yarımdan çox idi-həm özü, həm ailəsi, elə həm də mən özüm, bu xəbəri səbrsizliklə gözləyirdi, gözləyirdik…

Vaxtı, məqamı gəldi, yetişdi və göndərildi…

Qazimiz, Qazilərimiz, inşallah, sağlıq-salamatlıqla Türkiyəmizdə əməliyyatdan keçəcək, tam da olmasa, əvvəlki sağlamlığını bərpa edə biləcəklər…

Türkiyəyə yola salınarkən Aqil elə özü sevinə-sevinə zəng edib mənə bu barədə xəbər etdi…

Mən də həddindən artıq çox sevindim, sevincliyəm…

Allah yaxşı insanların, xüsusilə, sonuncu dəfə hospitala yerləşdirilməsində xüsusi zəhməti və əməyi olan Zahid qardaşımın-Millətinin vəkili Zahid Orucun köməyi olsun…

Zahid bəyə həm öz adımdan, həm də Qazimizin adından dərin minnətdarlığımı, minnnətdarlığımızı bildirirəm…

Allah daim köməyiniz olsun, Zahid bəy! Allah daim köməyin olsun, Qazi övladımız, Qazimiz Aqil!

Eyni zamanda, YAŞAT Fonduna minnətdarlığımı, minnətdarlığımızı bildirirəm…Var olsunlar!

Onu da qeyd edim ki, Aqilgil iki qardaşdırlar…

Hər ikisi də Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçılarıdır…

Qardaşı Şəhriyar həm də hərbçidir…

Hər ikisi də ailəli, övlad atasıdırlar…

Hər ikisi də “Cəsur döyüşçü” medallıdır…

İki qardaş, İki İgid…

Allah hər ikisini də qorusun!

***

Dünən daha bir Qazimizi evlərində ziyarət etdim…

Söhbət Qəhrəman Goranboyumun Nərimanlı kəndindən olan İkinci Vətən Müharibəsi Qazisi Fuad Mahir oğlu Həsənovdan gedir…

Xeyli vaxtı idi ki, onu ziyarət edəcəyimə, baş çəkəcəyimə söz verirdim, amma obyektiv səbəbdlərdən görüşməyimiz ləngiyirdi…

Və nəhayət, dünən Qazimizlə görüşümüz baş tutdu…

Qeyd edim ki, Fuad rəhmətllik atamın, eləcə də, anaamın sinif yoldaşı Bəhman dayının nəvəsi, həm də atamın dostu, Goranboyun tanınmış simalarından olan-rəhmətlik Mahir müəllimin oğludur…

Həm Fuadla, həm ailəsi ilə tanışlıq mənim üçün həddindən artıq çox xoş oldu…

Xüsusilə də, artıq bir neçə ildir görmədiyim Bəhman dayı ilə görüşmək, əhvallaşmaq, ötənlərdən-keçənlərdən danışmaq mənə xüsusi ləzzət, mənəvi-ruhi qida verdi…

Onu illər sonra gördüm və çox sevindim… O da çox sevindi… Çox kövrəldik…

Allah atama və Mahir müəllimə rəhmət etsin, Bəhman dayıya və Qazi nəvəsinə də kömək olsun!

Qeyd edim ki, 33 yaşlı Qazimiz-MAXE Fuad iki gözəl övlad atasıdır…

O, artıq dörd ay yarımdır ki, müalicə alır…

Səhhətindəki problemlər, döyüş zamanı aldığı yaralar, travmalar onu hələ də incidir…

Həmçinin, son günlər belində aşkarlanan “qrija”, yırtıq…

Fuad güclə hərəkət edir, güclə danışır, ağrılar imkan vermir…

Martın 1-dən yenidən Bakıya, reabilitasiyaya getməlidir…

İnşallah, reabilitasiyası uğurlu keçər, həmçinin, “VTEK” deyilən qurum Qazimizlə bağlı düzgün, ədalətli, obyektiv qərar verər…

Qazimiz buna çox ümidlidir…

İnşallah, ümidi də doğrular!

***

Dünən həmçinin daha bir İgidimizlə, çox təvazökar bir Vətən övladı ilə bir məclidə bir araya gəldim…

Söhbət Qəhrəman Qızılhacılımın daha bir İkinci Vətən Müharibəsi iştirakçısı-İgidi, 1981-ci il təvəllüdlü, ali təhsilli, iki övlad atası-MAXE Bəhruz Camaləddin oğlu Ədilovdan gedir…

Bəhruzla həm qohumluğumuz var, həm də eyni küçədə oluruq, evləri bizdən cəmi 4-5 ev aralıdır…

Bəhruz 11 ildir ki, həyatını, taleyini hərblə, ordu ilə bağlayıb…

44 günlük tarixi İkinci Vətən Müharibəsinin ilk günündən də Kəlbəcər istiqamətində ağır döyüşlərdə iştirak edib…

Kəlbəcər istiqamətində 3 postun alınmasında iştirak edənlərdən olub…

Hətta oktyabr ayında ağır döyüşlərin birində kontuziya-travma alıb…

Hospitala aparılsa da, yenə də döyüş bölgəsinə qayıdıb, döyüşlərdə iştirak edib…

Bəhruz Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif olunub…

Bəhruz bu gün də ön xətdə, Kəlbəcərdə, özü də Ermənistanla düz sərhəddə, düşmənlə üzbəüz ərazidədir…

Allah Vətənin keşiyində dayanan cəmi əsgərlərimizi, hərbçilərimizi, o cümlədən, İgid Bəhruzumuzu, Qəhrəman Qızılhacılımın Qəhrəman övladını qorusun!

Fəxrimiz, qürurumuzdur!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bəzi adamlar işğalçı Ermənistan üzərində qazanılmış qələbəmizin miqyasını kiçiltməyə çalışır, amma onların cəhdlərinin heç bir mənası yoxdur…”-YAP-ÇI DEPUTAT

Read Next

Yaz sessiyasının 3-cü iclası fevralın 23-də olacaq: 22 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK, BU DƏFƏ NİZAMİ SƏFƏROV MM-İ MƏHKƏMƏ-HÜQUQ ŞURASINDA TƏMSİL EDƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir