Dünyəvi dövlət quruluşunu dəyişəməyə cəhd edənlərə – ÖMÜRLÜK HƏBS

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına görə cəzalar sərtləşdirilir.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin oktyabrın 13-də keçirilən birgə iclasında Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklifi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycanın konstitusiya quruluşunun, o cümlədən, onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulur.

Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunması təklifi MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Xüsusi əməliyyatçılara yol hərəkətini qadağan etmək səlahiyyəti verilir

Read Next

Söhbət kiminsə əlinə ələm götürüb pul yığmağa məcbur edilməsindən gedir ki… – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir