“Dünya artıq Ermənistanın işğalçılıq siyasətinə seyrçi qalmamalıdır” – QƏNİRƏ PAŞAYEVA

Harada doğulub, harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır. 

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Ağdaban soyqırımlarını törədib.

İşğalçı və təcavüzkar ölkə minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsini və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir.

ganira-qarabaq

Həmçinin, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir”– deyən Q.Paşayeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində  ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artırmasının vacibliyini dilə gətirib.

Millət vəkili bildirib ki, harada doğulub, harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır.

Q.Paşayeva bir daha  Qarabağın Azərbaycanın tarixi, əzəli və ayrılmaz tərkib hissə olduğunu bildirib və əlavə edib, heç bir kənar qüvvə, heç bir güc bu həqiqəti, bu gerçəkliyi dəyişdirə bilməyəcək:

“Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır,  Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq”.

Etikxeber.az

Read Previous

XİN-dən Lavrova – CAVAB GƏLDİ

Read Next

“Bu təbii mənzərə qorunmalıdır…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir