Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Komitə sədri: Qanunlar hazırlanarkən Dünya Bankının tövsiyələri nəzərə alınır
Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur.
Etikxeber.az-ın xəbərinə görə, bu fikir Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının nümayəndələrinin ilə görüşündə səsləndirilib.
Qeyd edək ki, görüşdə çıxış edən komitə sədri Ziyad Səmədzadə Dünya Bankı ilə Azərbaycan arasında çox sıx və faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu münasibətlərin ildən-ilə genişləndiyini xüsusi qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına xüsusi önəm verib, o cümlədən, Dünya Bankı ilə.
Z.Səmədzadə sonra qeyd edib ki, ölkəmizdə iqtisadi islahatların qanunvericilik bazası kifayət qədər təkmildir.
“Bu qanunlar hazırlanarkən həm Dünya Bankının, həm digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. Eyni zamanda, Dünya Bankının və ölkəmizin milli maraqları nəzərə alınmaqla bir sıra normativ aktlar qəbul edilib”-deyə, o, sözlərinə əlavə edib.
Bu gün Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş ölkə kimi tanındığını qeyd edən Z. Səmədzadə eyni zamanda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.
Komitə sədri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas xəttini qeyri-neft sektorunun inkişafı, innovativ iqtisadiyyatın qurulması təşkil edir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi isə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonrakı dövr ərzində çox böyük uğurlar əldə etdiyini bildirib.
O, qeyd edib ki, Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur.
Görüşdə daha sonra Dünya Bankının Azərbaycanda səhiyyə sistemi, Mingəçevirdə və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə haqqında hesabatlarının təqdimatları olub.
Qeyd edilib ki, Azərbaycanda səhiyyə sahəsində çox böyük nailiyyətlər əldə edilib.
Həmçinin, bildirilib ki, Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə insanların tibbi yardım üçün ödədiyi məbləğin xeyli azalmasına səbəb olub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az