“Dünya bir daha şahid oldu ki, nələri etməyi qarşıya məqsəd qoyuruqsa…” – DEPUTAT

“Azərbaycan öz tarixində, idman həyatında yeni uğura, yeni zəfərə imza atdı. Ölkəmiz iki il öncə Birinci Avropa Oyunlarını necə möhtəşəm və əzəmətli şəkildə reallaşdırmışdısa, bu Oyunlara necə layiqli və uğurlu ev sahibliyi etməyi bacarmışdısa, dünən bağlanış mərasimi keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarını da o cür möhtəşəm və əzəmətli şəkildə reallaşdırdı, “İslamiada”ya da hamının yaddaşından illərlə silinməyəcək, dərin izlər buraxacaq şəkildə uğurlu, layiqli ev sahibliyi etdi. Möhtəşəm açılış mərasimi ilə srart götürən İslam Oyunları möhtəşəm və ecazkar bağlanış mərasimi ilə də yekunlaşdı, sonuclandı. İslam, müsəlman aləmi, bütün dünya bir daha Azərbaycanın nələrə qadir olduğunu, nələri etməyi bacardığını öz gözləri ilə görmüş, bunlara  canlı şahidlik etmiş oldu. Dünya bir daha bildi və şahid oldu ki, Azərbaycan nəyi və nələri etməyi qarşısına məqsəd qoyursa, onu da layiqincə reallaşdırmağı, həmin məqsədinə də nail olmağı bacarır” .

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

islam-baqlanis

baqlanis-3

E. Səlimov bildirib ki, “İslamiada”nın Azərbaycanda keçirilməsində, Oyunların bu cür möhtəşəm şəkildə baş tutmasında da ən böyük əziyyət və ən müstəsna xidmətlər heç şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyeva məxsusdur:

baqlanis-islam

baqlanis-2

“Məhz bu iki fədakar insanın sayəsində Azərbaycan növbəti “İslamiadaya” ev sahibliyi etdi, İslam Oyunlarının uğurlu və layiqli şəkildə reallaşdırılmasına nail oldu. Ona görə də hər birimiz bu insanlara borclu və minnətdarıq. Onlar bizim fəxrimiz və qürurumuzdur”.

E. Səlimov açıqlamasında Azərbaycan  idmançılarının İslam Həmrəyliyi Oyunlarında göstərdiyi nəticələrə də toxunaraq xatırladıb ki,  idmançılarımız “İslamiada”da 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular:

“Dövlət başçımızın “İslamiada”ya qatılmış və böyük uğur əldə etmiş idmançılarımızla bugünkü görüşündə də qeyd etdiyi kimi, bu, böyük tarixi qələbədir.  Yəni, nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır: “Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır…”. Elə hesab edirəm ki, bu sözlərə əlavə şərhə, izahata da ehtiyac yoxdur. Çünki nələr deyilməsi, söylənilməsi lazımdırsa, hamısı burada öz əksini tapıb, deyilib, söylənilib…”

Millət vəkili bununla yanaşı bir daha qeyd edib ki, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək.

“Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanın əsas məqsədi ondan ibarətdir  və ondan ibarət olub ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin.

Çox sevindirici və əlamətdar haldır ki, həqiqətən cənab Prezidentin söylədiyi kimi  də oldu. Yəni, biz bunu yarışlarda da gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər  yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.

Ona görə də hesab edirəm və inanıram ki, ölkəmizin apardığı siyasət və bu Oyunlarda verdiyi töhfə  müsəlman aləminin birləşməsinə, həmrəyliyinə gətirib çıxaracaq. Buna hər kəs tam əmin olsun”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ebru Yaşar: “Evlilik təklifi almdan evlənəcəyimizi hiss etdim…”

Read Next

Nizami Cəfərovla Cahangir Məmmədli PA RƏSMİSİNDƏN YAZDILAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir