“Dünya birliyi bizim ölkələrin timsalında yəqin edib ki, əhalisinin əksəriyyəti İslama etiqad bəsləyən ölkə ilə İsrail arasında möhkəm münasibətlər qurmaq mümkündür”-RAMİN MƏMMƏDOV

Hər iki ölkənin rəsmi şəxsləri və biznes-elitası arasında əlaqələrin intensivliyi belə güman etməyə tam əsas verir ki, Azərbaycan ilə İsrail arasında münasibətlər bundan sonra da genişlənəcək və dərinləşəcək.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramin Məmmədov “İsraildə Azərbaycan Evi”nin təşkilati dəstəyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri Arye Qutun moderatorluğu ilə pandemiya dövründə ilk dəfə olaraq “Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda keçirilən onlayn-konfransda səsləndirib.

“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında münasibətlərin səviyyəsini xarakterizə edərək vurğulayıb: “Bizim əla münasibətlərimiz var”. Bu sözlər qarşılıqlı münasibətlərin bütün spektrlərinə aiddir. Ölkələrimiz arasında yaranmış strateji münasibətlər hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə və xarici siyasət kursuna müsbət təsir göstərir”-deyən millət vəkili bildirib ki, ölkələrimiz arasında münasibətlər müəyyən mənada unikaldır.

“Dünya birliyi bizim ölkələrin timsalında yəqin edib ki, əhalisinin əksəriyyəti İslam dininə etiqad bəsləyən ölkə ilə İsrail arasında möhkəm münasibətlər qurmaq mümkündür. Bizim münasibətlərimizin daha bir xüsusiyyəti diaspor təşkilatlarının çevik və səmərəli fəaliyyətidir. Yeri gəlmişkən, İsrail yeganə ölkədir ki, orada titul millətinin nümayəndələri özlərini Azərbaycan diasporunun fəalları hesab edirlər. Bu baxımdan “Azİz” təşkilatının yaradılması və sonrakı fəaliyyəti bu prosesdə həlledici rol oynayıb. Hər iki ölkənin rəsmi şəxsləri və biznes-elitası arasında əlaqələrin intensivliyi belə güman etməyə tam əsas verir ki, Azərbaycan ilə İsrail arasında münasibətlər bundan sonra da genişlənəcək və dərinləşəcək”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Netanyahu özü sonradan xatırlayırdı ki, həyatında ilk dəfə Heydər Əliyevlə sübhə qədər danışıqlar aparıb…”-MM-İN YƏHUDİ ƏSİLLİ ÜZVÜ

Read Next

“CBC”-nin 8 əməkdaşı koronavirusa-YOLUXDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir