Dünya çempionatına vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək – BU GÜN

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə “play-off” mərhələsinə vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək.

Etikxeber.az xəbər verir ki, Dublinin “Aviva” stadionunda baş tutacaq görüşdə İrlandiya və Danimarka yığmaları qarşılaşacaq. Komandalar arasında Kopenhagendə keçirilən ilk matçda qolsuz bərabərlik qeydə alınıb.

Qeyd edək ki, artıq 29 komanda mundiala vəsiqə qazanıb.

Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.

Etikxeber.az

Read Previous

Bakının mərkəzində Hostel İnn və Coffee İnn açıldı – FOTOLAR

Read Next

Prezident YAP-ın 25 illik yublieyində – YENİLƏNİB (1) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir