Dünya çempionatında Azərbaycanın iki karateçisi finala yüksəlib – İSPANİYADA

Yeniyetmə və gənclər arasında karate üzrə Azərbaycanın milli komandasının üzvləri İspaniyanın Tenerife şəhərində keçirilən dünya çempionatında mübarizə aparırlar.

Etikxeber.az xəbər verir ki, yarışın ikinci günündə gənclərdən ibarət seçmə komandaların üzvləri Fidan Teymurova (48 kq) və Hümmət Baxşəliyev (61 kq) finala yüksəliblər. Müseyib Məmmədov isə ikinci görüşündə məğlub olub.

Oktyabrın 27-də keçiriləcək finalda F.Teymurova misirli Reem Salama, H.Baxşəliyev isə qazaxıstanlı Yerkinbek Batureyevlə görüşəcək.

Çempionat oktyabrın 28-dək davam edəcək və daha 8 idmançımız qüvvəsini sınayacaq.

Yarışın ilk gününün nəticələrinə əsasən 11 ölkənin idmançıları medallar qazanıblar. İlk üçlükdə Yaponiya, İspaniya və Türkiyə qərarlaşıb. Ümumilikdə 109 ölkədən 1710 karateçi çempionata qatılıb.

Etikxeber.az

Read Previous

Bu şəhər “Avro-2020”nin açılış oyununun onda keçirilməsinə iddia edir…

Read Next

“Kamp Nou” stadionunun adı dəyişir? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir