“Dünya çempionatının, sonra da Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam” – CƏBRAYIL HƏSƏNOV

Komandamız dünya çempionatına hazırlığı yüksək səviyyədə davam etdirir. Dünya çempionatının gümüş və bürünc medallarına sahib olmuşam. Bu dəfə hədəfim qızıl medal qazanmaqdır. Potensialımdan maksimum istifadə edib dünya çempionu olmaq istəyirəm.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlaşan güləş üzrə milli komandanın üzvü Cəbrayıl Həsənov  deyib.

Böyük idmanda karyerasını yüksək nailiyyətlərlə başa vurmaq arzusunda olduğunu vurğulayan Olimpiya Oyunlarının bürünc mükafatçısı mətbuata açıqlamasında sonra qeyd edib:

“Artıq karyeramın son illərindəyəm. Bu il növbəti dəfə Avropa çempionatının qızıl medalını qazandım. Dünya çempionatının, daha sonra Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam”.

Etikxeber.az

Read Previous

Otel yandı, azı 8 nəfər öldü – “TƏQSİRKARLAR LAYİQLİ CƏZASINI ALACAQLAR” – ZELENSKİ – FOTO-VİDEO – YENİLƏNİB – (1)

Read Next

Bakı polisindən dilənçiliklə mübarizə ilə bağlı ictimaiyyətə – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir