“Dünya gördü ki, bu regionda son söz Türkündür və həlledici məqamda biz yekun qərarı veririk”-MÜŞFİQ CƏFƏROV

10 dekabr dünyanın gözünün Azərbaycana zilləndiyi gün idi.

Bütün dünyanı heyrətə gətirən Azərbaycan Ordusunun Zəfər yürüşü baş tutdu. 

Ölkəmizdə İkinci Dünya Müharibəsindən sonra ilk Zəfər paradı keçirildi.

Həmin gün Azərbaycan ordusu 27 ilə yaxın bir vaxtda işğal edilmiş torpaqlarını 44 günə azad etməsinin bayramını qeyd etdi.

Bizə bu müqəddəs günü yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

10 dekabr VƏTƏNİMİZdə tarixi an yaşandı.

Qarabağın alınması və ölkə bütövlüyümüzün tamamlanması münasibətilə keçirilən  Zəfər paradımızda 2783 türk əsgəri 2783 şəhid ruhunu təmsilən orada iştirak etdi.

Hərbi qənimətlər və öz müzəffər ordumuz bizim qürurumuzu oxşadı. 

Bu xalq bu zəfərə, bu bayrama layiq idi.

Həmçinin keçirilən  Qələbə paradında qazilərimiz də unudulmadı. Vətən uğrunda canını, qanını əsirgəməyən igidlərimizin bir qrupu hərbi maşınların üzərində tribuna önündən keçib xalqımızı salamladı.

Deyə bilərəm ki, Türk dünyası yeni uğurlar astanasındadır.

Bakıda baş tutan zəfər paradı Qarabağın işğaldan xilas olması ilə yanaşı, eyni zamanda Azərbaycan Türkiyə münasibətlərinin yeni bir mərhələyə keçməsini göstərir.

Bu zəfər dünyaya türkün gücünü, qüdrətini göstərdi.

Dünya gördü ki, bu regionda son söz Türkündür və həlledici məqamda biz  yekun qərarı veririk.

Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qazanılan şanlı zəfər bütün dünya Türklüyünün zəfərinin, yenidən doğuluşunun addım səsləridir.

Bundan sonra dünya ciddi mənada bunun şahidi olacaq Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, regionda və dünyada söz sahibinə çevrilmələri Türk dünyasının gücünə güc qatacaq.

Tarixi torpaqlarımızda təkrar söz sahibinə çevrilməyimiz, önümüzdə dayanan bütün əngəlləri, maneələri aradan qaldıracaq.

10 dekabr tarixində keçirilən zəfər paradımız bu birlikdəliyin müjdəçisi kimi tarixə keçəcək.

İndi Azərbaycan xalqı qüdrətli sərkərdə və müdrik lideri İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, məğlub xalq olan ermənilər isə Paşinyanın istefasını tələb edir.

Bu baxımdan, illər keçdikcə Zəfər Gününün,  onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Belçika Parlamenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib”-MİLLİ MƏCLİS

Read Next

Deputatlar ayın 15-də 13 məsələni müzakirə edəcək-“SAQİYAN” “GÜNƏŞLİ” ADLANDIRILACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir