Dünya gözəldir, mədəniyyət gözəldir, Azərbaycan gözəldir – DEPUTAT YAZDI

Avroviziya : iştirak ya qalibiyyət

14 may tarixində İsrailin Təl-Əviv şəhərində populyar 2019 Avroviziya Mahnı Müsabiqəsi başlayacaq.

Yarışda 41 ölkə, o cümlədən Azərbaycan iştirak edəcək.

Azərbaycan təmsilçisi, gözəl səsə malik Çingiz Mustafayev ingilis dilində ” Truth ” ( Həqiqət ) mahnısı ifa edəcək.

İmkan tapıb mahnıların hamısına qulaq asmışam, qalib olmağa layiq olan həddən çox ifa var.

Amma mümkündür ki, zövqüm mükəmməl deyil və qalib diqqət etmədiyim digər bir mahnı ola bilər.

Diqqətimi isə bir məsələ xüsusi ilə cəlb etdi.

İştirakçı ölkələrin əksəriyyəti müsabiqəqə ancaq birinci yer tutmaq qətiyyətindədir.

Hətta, qonşu ölklərdən birində indidən təmsilçilərinin birinci yer tuta bilməməsini artıq bir milli faciəyə döndəriblər.

AYDIN-AYDIN-MIRZA

Birinci yer isə müsabiqədə ancaq bir dənədir, istənilən variantda 40 ölkə qalib olmayacaq.

Tarix isə göstərir ki, mədəniyyət yarışması ilk növbədə bayram və fərqli mədəniyyətlərin və zövqlərin birgə nümayişidir.

Dünya rəngarəngliyi ilə gözəldir və tamaşaçıları kimin qələbədən sevinməsi yox, müsabiqədən alacağı mənəvi zövq maraqlandırır.

Ona görə də növbəti Avroviziyadan da ilk növbədə zövq alaq, dünyanı tanıyaq, özümümü göstərək.

Bir daha yəqin edək ki, dünya gözəldir, mədəniyyət gözəldir.

Bir daha yəqin edək ki, Azərbaycan gözəldir, musiqimiz gözəldir, dünyada bizim də layiqli yeriimiz var.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Açıq olmayan, başadüşülməyən Ermənistandır” – DEPUTAT – ŞƏRH(LƏR)

Read Next

Maraqlı, təhlükəsiz və yaddaqalan… – MİLLƏT VƏKİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir