“Dünya liderləri bu proseslərdən kənarda qala bilməzlər…” – DEPUTAT

Dünya dini liderlərinin ikinci Sammitinin  Bakıda keçirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin  dediyi kimi, dinlərarası dialoqun inkişafına bir töhfədir və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Bu, həm də Azərbaycanın, Azərbaycan xalqının bir daha tanıdılmasıdır. Azərbaycan dövlətinin nəyə qadir olduğunun göstəricisidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

“Bu tədbirdə səsləndirilən bir çox bəyənatlar, fikirlər insanların gələcək həyatı, fəaliyyəti üçün çox əhəmiyyətlidir” – deyən millət vəkilinin sözlərinə görə, din xadimlərinin çıxışları göstərir ki, dünyada baş alıb gedən qarşıdurmalar, müharibələr, insan hüquqlarının pozulması, terrorizm, separatçılıq nəinki siyasətçiləri, eləcə də, dindarları ciddi düşündürən məsələlərdəndir.

tahir_rzayev_C00134

“Azərbaycan tarixən milli, mənəvi, mədəni dəyərləri ön plana çəkmiş və insanların qarşılıqlı hörmət və etimad əsasında qovuşmasına, yaşamasına üstünlük verən bir dövlətdir.

Bu gün də belədir və dinlər arasında ayrıseçkiliyə qarşı daimi olaraq ölkə rəhbərliyi mübarizə aparır, bəşəri dəyərlər ön plana çəkilir. Demək olar ki, tolerantlıq, multikulturalizm, dinlərə və millətlərə hörmət, sülhə, azadlığa çağırış və dəstək verilməsi Azərbaycanın dövlət siyasətinin əsasıdır və Sammitdə cənab İlham Əliyevin səsləndirdiyi kimi, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.

Bütövlükdə bu Sammitin çox böyük əhəmiyyəti var. Çünki burada 60-dan çox dövləti təmsil edən 500-dən artıq nümayəndə iştirak etdi.  Sammitdfə BMT kimi, İslam Əməkdaşlıq Təşkilatı, YUNESKO kimi və bir çox beynəlxalq təşkilatların ictimai-siyasi xadimləri iştirak etdilər və bu da bu tədbirin təsir dairəisini xeyli artırdı. Əlbəttə ki, dünyada sülhü, əmin-amanlığı qorumaq və baş alıb gedən hadisələrə tez bir zamanda reaksiya vermək hər bir bəşər övladını düşündürür və dünya liderləri də bu məsələlərdən, bu proseslərdən kənar qala bilməzlər.

Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, Bakı Sammitinin çox böyük əhəmiyyəti var. Xüsusilə də, Sammitdə yekun sənəd qəbul olundu ki, bu sənəddə də dünyada sülhün, əmin-amanlığın qorunması ön plana çəkildi. Bu isə  bəşəriyyət üçün, eləcə də, hər bir insan üçün çox faydalıdır.

Bir sözlə, milli və dini tolerantlıq mərkəzi olan ölkəmiz son Sammitlə daha bir uğuruna imza atdı, yüksək səviyyəli ev sahibliyi ilə adını tarixə bir daha qızıl hərflərlə həkk etdirdi”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur

Read Next

Mehriban Əliyevadan -17 NOYABR TƏBRİKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir