Dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram – XANIM DEPUTAT AŞPA-DAN SƏSLƏNDİ

Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töhfələr verib.

Etikxeber.az xəbər verir ki, bu fikir Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın qurumun sessiyası çərçivəsində yayılmış yazılı çıxışında yer alıb.

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyət sahəsində çox ciddi addımlar atılıb, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar, mədəniyyət siyasətinin prioritetlərini müəyyən edən çoxsaylı normativ hüquqi aktlar qəbul edilib. Bu siyasətin əsas prinsiplərindən birini mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Avropa Şurasına üzv olan ölkələrin mədəni zənginliklərinin, mədəni mirasının qorunmasının, bu sonsuz xəzinənin gələcəyin qurulmasında rolunun təşviq olunmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu vurğulayan S.Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyətə malik bir hadisədir.

O, deyib: “İmaməddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən, bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. Altı əsr əvvəl yaşamış böyük şair və mütəfəkkirin Azərbaycan ədəbiyyatında və fikir tarixində müstəsna yeri vardır. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir”.

S. Qafarovanın sözlərinə görə, Nəsiminin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. “Şərqin böyük filosofunun fikirləri bir növ Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin fikirlərinə bənzəyir. Azərbaycanda 2019-cu ilin məhz belə bir böyük sənətkarın adı ilə adlandırılması bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır. Mən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bu çağırışa cavab verəcəyinə və dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram” – deyə, deputat vurğulayıb.

Etikxeber.az

Read Previous

Kameralar hər yerdədir, bizi asanlıqla müəyyən edir… – SEVİNC FƏTƏLİYEVA

Read Next

Sosial şəbəkə ən iti sürətli radio, televiziya, qəzet, informasiya agentliyi deməkdir – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir