Dünya Ticarət Təşkilatı dünya ticarətinin artım tempi üzrə proqnozlarını aşağı salıb

Dünya Ticarət Təşkilatı dünya ticarətinin 2016 və 2017-ci illərdə artım tempi üzrə proqnozlarını aşağı salıb.

Etikxeber.az “financ.ru”ya istinadla xəbər verir ki, Dünya Ticarət Təşkilatının hesabatına əsasən, bu il dünya ticarətinin həcmi 1,7 faiz artacaq, halbuki DTT-nin aprel ayındakı proqnozu 2,8 faiz proqnozlaşdırılırdı. Bildirilir ki, son 15 il ərzində dünya ticarətinin həcminin artması ilk dəfə ləng baş verir, nəinki dünya iqtisadiyyatının artımı.

Hesabatda 2017-ci ilin proqnozlarına da diqqət yetirilib. Dünya ticarəti 1,8 faizdən 3,1 faizə artacaq, lakin əvvəllər artımın 3,6 faiz olacağı gözlənilirdi.

Artım tempinin azalması Çində və Braziliyada müşahidə olunur, həmçinin ABŞ-da idxal göstəricilərinin artımının zəifləməsi qeydə alınır.

Etikxeber.az

Read Previous

Bəzi küçə və prospektlərdə təbii qazın verilişində fasilələr yaranacaq

Read Next

Aİ-yə üzv olmayan ölkələrin ümumi daxili məhsulu gələn il 3,2 faizədək artacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir