Dünyada ən gözəl bayram şəhid ailəsi ilə keçiriləndir – QƏNİRƏ PAŞAYEVA – FOTO

Dünyada ən gözəl bayram şəhid ailəsi ilə keçiriləndir.

Bayramı qəhrəman şəhid qardaşım Raquf Orucovun gözəl ailəsi ilə, Raquf bəyin mərd, mətanətli, ağılllı və fədakar xanımı, əziz bacım Sevinc xanım, gözəl anası və qardaşımızın iki ağıllı oğul balası və qardaşları ilə qarşıladıq.

Allah bütün şəhid ailələrimizə, o cümlədən, sözün əsl mənasında Milli Qəhrəman qardaşım Raquf Orucovun ailəsinə hər zaman yardımçı olsun!

Onlar bizim baş tacımız. Bütün şəhid ailələrimizin və qazilərimizin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili mübarək olsun!

Gələn bayramları Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edək.

Bu gözəl ailə ilə gələn ildə bayramları əziz qardaşımın hər zaman ağrı ilə danışdığı, düşmən işğalı altında olan gözəl kəndində qeyd edək.

İnanırıq ki, o gün uzaqda deyil və təkcə Ağdamın deyil bütün digər o gözəl bölgələrimizin də bütün kəndləri işğaldan azad olunacaq.

Nur içində yatsın şəhidlərimiz!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bu məşqçilər milli komandaya dəvət olundular…

Read Next

“Azərbaycandillillər” və “rusdillilər” kimi ifadələrdən istifadə etməməliyik” – DEPUTATIN TÖVSİYYƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir