Dünyada ən iri dinozavr-titanozavrlar harada yaşayıb?

Qırğızıstanın ca-news portalında verilən xəbərə görə, Rusiya və Amerika paleontoloqları sübut ediblər ki, dünyada ən iri dinozavr-titanozavrlar müasir Orta Asiya ərazisində yaşayıb.

Etikxeber.az sayta istinadən xəbər verir ki, Rusiya alimi Aleksandr Averyanov Qızılqumda nəhəng titanozavrların daşlaşmış qalıqlarını tapdıqdan sonra belə nəhəng dördayaqlı və uzunboğazlı heyvanların uzunluğunun 25-30 metr, ağırlığının isə 100 tondan çox olduğu qənaətinə gəlib.

Bildirilib ki, Orta Asiya ərazisində bu qədim heyvanların 200 növü aşkar edilib və onlar bu torpaqlarda 90 milyon il əvvəl yaşayıb. Alimlər belə qənaətə gəliblər ki, bu heyvanların növlərinin sistemləşdirilməsi gələcəyə “pəncərə” açacaq və təbiətin 90 milyon il əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verəcək.

Etikxeber.az

Read Previous

UEFA-nın reytinqində 2 pillə irəlilədik

Read Next

Bakıda beynəlxalq keramika üzrə duet-simpozium keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir