Dünyada cavan deputatların sayı artıb – RƏSMİ

Dünyada 30 yaşından cavan deputatların sayı son 2 ildə 1.9 faizdən, 2.2 faizə qədər artıb.

Etikxeber.az-ın xəbərinə görə, bu, Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında yayılmış hesabatda əksini tapıb.

Hesabatda qeyd olunur ki, bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir:

“Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, sonra isə sırada ABŞ-dır”.

Həmçinin, göstərilir ki, dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur.

“40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib”-deyə, sonra hesabatda bildirilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Gənclər yeni dünya nizamının formalaşmasında həlledici rol oynamalıdır – SPİKER

Read Next

Gəlin səhv etməyək! – PAİ-NİN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir