Dünyada ilk “smart müharibə” aparan Qüdrətli Azərbaycan Ordusu-VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI NURLAN MURADOV YAZDI

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi.

Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı.

Müzəffər ordumuz 30 ilə yaxındır işğalda olan əbədi və əzəli torpaqlarımız işğaldan azad edilərək öz xalqına qələbə sevincini yaşatmışdır. Dövləti təmsil edən əsas gün onun ordusudur və Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordu sıralarındadır. Müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən ulu öndər Heydər Əliyev tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Ulu öndər deyirdi:

“Milli Ordu yaratmaq, qurmaq asan bir iş deyildir”.

Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğunu dahada möhkəmlədərək 44 günlük Vətən müharibəsində qələbə ilə nəticələnmişdir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Dünya Azərbaycan Ordusunun ilk dəfə “smart müharibə”sinə şahidlik edib. Bu, düyada ilk dəfə baş verirdi və Azərbaycan dünya tarixinə adını Zəfəri ilə yazdırmış oldu.

Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.

Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Bu gün Azərbaycan Ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Ordu mənsubları Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə bundan sonra da əlindən gələni əsirgəməyəcək, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.

44 günlük Vətən müharibəsində Müstəqil Azərbaycan Ordusu gücü ilə düşmənə köks ötdürərək öz əbədi və əzəli torpağlarımıza qovmağa nail olduq.

Məndə bir azərbaycanlı kimi öz ordumun gücünə və qüdrətinə inanıram və bundan sonrada qarşılarına qoyulan hər bir tapşırığı layiqincə və yüksək keyfiyyətlə yerinə yetirəcəklərinə inaniram.

Nurlan Muradov,

YAP Masallı RT-nın fəalı, Vətən müharibəsi iştirakçısı

Etikxeber.az

Read Previous

Anar Hüseynov geri çağırıldı-RAMİL QURBANOV BAŞ KONSUL TƏYİN OLUNDU… – YENİLƏNİB

Read Next

“Paşinyanı devirməyə qalxanlardan biri də İran idi…Azərbaycanla savaşdıqca, İran Azərbacanlaşacaq! “-ZAHİD ORUC YENƏ KƏSKİN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir