“Dünyada islamafobiya var…” tezisləri boş sözlərdir” – NATİQ CƏFƏRLİ

Dünən BMT-də Qüds məsələsində ədalətli və doğru qərar verildi, 128 ölkə ABŞ-ın təklifinin əlehinə çıxdı.

Xatirladım ki, dünyada özünü müsəlman dövləti adlandıran cəmi 57 ölkə var, amma Qüds qərarında bu saydan 2 dəfə çox dövlət ədalətli mövqe tutdu.

Deməli, “dünyada islamafobiya var”, və ya “dünyanı Masonlar idarə edir”, tezisləri boş sözlərdir.

Müsəlman dünyası haqlı olanda ədalətli qərarlar görür.

ABŞ dünyada bu məsələdə təkləndi, cəmi 9 ölkə ABŞ-ın mövqeyini müdafiə etdi, aralarında çox kiçik ada ölkələri, bir də Honduras adlı dövlət var.

ABŞ-ın bu durumu bir lətifəni xatırladır: 

Bakılı ailə rayonlardan birinə elçi gedir, çay süfrəsi qurulur, oğlan evi, qız evi sakit otururlar, danışmağa mövzu tapmırlar, oğlanın əmisi sakitliyi pozub intellektual söhbət açmaq istəyir və deyir:

– Hondurası da gördünüz də…

Qızın dayısı həmən cavab verir:

– Boy, mənə də düşmüşdü, bircə qaşıma, qaşısan bütün bədəninə yayılacaq…

Natiq CƏFƏRLİ

Etikxeber.az

Read Previous

Əliyev Baxtadzeni qəbul edib – FOTO

Read Next

Əli Mirəliyev bu dəfə Nəzakət Teymurovanın “bostan”ına daş atdı və etirazla qarşılandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir