Dünyanın ən hündür dağ tuneli tikildi

Çinin Tzinxay əyalətində dəniz səviyyəsindən 4,4 kilometr hündürlükdə avtomobil tuneli tikilib. Bu, dünyanın ən hündür dağ tuneli sayılır.

Etikxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, yüksək dağlıq ərazidə yerləşən tuneldə işlər sentyabrın 24-də tamamlanıb. Tunelin salındığı ərazidə orta hündürlük 4400 metrdir. Maksimal nöqtə isə dəniz səviyyəsindən 4800 metr yüksəklikdə yerləşir.

Tikintisi 2013-cü ildən aparılan tunel Qoloq-Tibet muxtar rayonunda 419 kilometrlik dağ yolunun bir hissəsidir. Yolun 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Etikxeber.az

 

Read Previous

Bakı şəhərində körpüdən yıxılan şəxs ölüb

Read Next

Fərdi xidmətlər göstərən şəxslərin vergiyə cəlb olunması istiqamətində layihə hazırlanır- Vergilər Nazirliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir