Dünyanın ƏN SAKİT İNSANI, ŞƏHİDLƏR ATASI dünyadan köçdü, ürəyi BALALAR dərdinə DÖZƏ bilmədi…KAMİL HƏMZƏOĞLU YAZDI

İndicə çox ACI XƏBƏR aldım, çox…

Çox üzüldüm, çox üzgünəm, çox…Və həm də şokdayam…

Heç cür inana bilmirəm, inanmağım, qəbul etməyim gəlmir heç cür…

Mingəçevirli (həm də əslən Ağdam və Goranboylu) Şəhid qardaşlar-Tural və Musa Həsənovların atası, Atalar atası, Qəhrəman Ata Tapdıq Həsənov, Tapdıq dayı Haqqın gərhanına qovuşub bir neçə saat öncə…

Daha bir Ata Bala-Oğul, Balalar-Oğullar dərdinə dözə bilmədi, ürəyi Balalar-Oğullar dərdinə artıq tab gətirmədi…

Daha bir Ata Balasına-Balalarına-Şəhidlərinə qovuşdu…

Bəlkə bundan sonra heç olmasa, Balaları ilə bir yerdə huzur tapa…

Amma çox heyf, çox…

Onu Ağsaqqalım, Böyüyüm bilirdim, atam qədər xətrini çox istəyirdim…

Çox sakit, çox fağır, çox dinməz-söyləməz, çox abırlı, çox ismətli İnsan, əsl Şəhid(lər atası idi…

Çox heyf, çox…

Hər zaman da deyərdi ki, Kamil, bura sənin öz evindir, Mingəçevirə yolun düşəndə-gəl mütləq bizdə qal, heç yerə getmə…

Mən də əksər hallarda onun sözünü yerə salmırdım…

Onun evini-müqəddəs Şəhidlər ocağını öz evim, öz ocağım bilirdim…

Qalırdım, söhbətləşirdim, dərdləşirdim, hətta aramızda sirr sayılacaq söhbətlər belə olurdu…

Mənə çox etibar edir, güvənirdi…

İndi nə deyim, nə…

Canın yansın fələk…

Ruhun şad olsun, Nur içində yat, Tapdıq dayı!

Allah Sənin də, Nur üzlü balalarının da məkanlarını cənnətlik etsin!

Allah iki övlad və nəvə dərdindən yanıb-qovrulan Nəhayət bacıma və doğmalarına səbr və bu dərdi, bu ağır yükü çəkmək üçün güc, qüvvət versin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru

Etikxeber.az

Read Previous

Goranboylu Şəhid qardaşı-DÜNYASINI DƏYİŞDİ – FOTOLAR

Read Next

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir