“Dünyanın, Avropanın qəlbi yenidən Bakımızla döyünəcək” – DEPUTAT

Ölkəmiz, müstəqil Azərbaycanımız, paytaxt Bakımız daha bir  möhtəşəm və mötəbər idman yarışına ev sahibliyi etməyə hazırlaşır. Dünya, Avropa idmansevərlərinin ürəyi daha bir neçə gün Azərbaycanımızla, Bakımızla döyünəcək. Belə ki, qitənin idman həyatı üçün ən əlamətdar hadisələrdən biri XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir. Bu cür beynəlxalq oyunların ölkəmizdə keçirilməsi Avropa ölkələrinin Azərbaycana olan inam, etimad və etibarıdır. Bu, həm də ölkəmizin dünyadakı, Avropadakı nüfuzunun göstəricisi və etirafıdır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, adıçəkilin olimpiya festivalında 48 ölkənin 3600-dən çox gənclərin iştirakı gözlənilir.

“Azərbaycanda belə mötəbər tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunur”-deyən millət vəkilinin sözlərinə görə, ümumiyyətlə,  “Bakı-2015” I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları ölkəmizin möhtəşəm idman arenalarında keçirilən zamanı xarici ölkələrin mütəxəssisləri heyranlıqlarını gizlədə bilməyiblər.

“Onlar bu barədə müxtəlif KİV-də çıxış etmişlər, Bakı təcrübəsindən yararlanacaqlarını bildirmişlər. Bu dəfə də belə olacaq, dünya, Avropa bir daha Azərbaycanı, burada yüksək səviyyədə təşkil edilən olimpiya festivalını böyük maraqla, zövqlə və heyranlıqla izləyəcək, Azərbaycan reallıqlarına, onun inkişafına, qısa müddətdə idman ölkəsinə çevrilməsinə şahidlik edəcək. Dünya bir daha model və modern Azərbaycanı görəcək.

eldeniz qardaş

Eyni zamanda, inanıaram və qəti şəkildə əminəm ki, Avropa Gənclər Olimpiya Festivalında gənclərimiz fəal iştirak etməklə, ölkəmizin himnini oxudacaq, bayrağımızı ucaldacaqlar. Gəçnclərimiz, idmançılarımız Azərbaycanın adını bir daha yüksəkliklərə, zirvələrə qaldıracaqlar, ən gözəl nəticələri göstərəcəklər.

Bu yarışların ölkəmizdə keçirilməsi bir daha qeyd edirəm ki, ölkəmiz üçün böyük naliyyətdir. Bir sözlə, Avropa ölkə idmançıları ölkəmizi Avropada təbliğatçısına çevriləcək, yeni münasibətlər yaranacaq, yenidən öz dostları ilə Azərbaycana gəlmələrinə səy göstərəcəklər”-deyə, E. Səlimov sonra qeyd edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu liseydə deputatın diqqətini nə cəlb etdi, nə xoşuna gəldi?

Read Next

“Müsavat” başqanından İran və Minsk qrupunun həmsədrlərinə sərt sözlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir