“Dünyanın bütün uşaqlarının, üzü daim gülsün! Bütün uşaqların bu gününə, sabahına yük olan müharibələr sona çatsın!”-MİLLƏT VƏKİLİ NƏVƏSİNİ BELƏ TƏBRİK ETDİ

Evimizin ən kiçiyi, balacam Cavidanım!

Bu gün sənin doğum günündür. Bu gün, 17 iyul tarixində həyatının ilk yaşını başa vurursan.

Böyük qardaşların da – evimizin ən küsəyəni İbrahimim, evimizin ən ərköyünü Kamranım səninlə eyni gündə, amma fərqli aylarda, illərdə dünyaya gəliblər.

Təsadüfdür, yoxsa alınyazısımı? Bunu bilmirəm. Bircə onu bilirəm ki, sizi çoooxxx… lap çoooxxx… sevirəm…

Sizinlə evimə işıq gəlib, istilik gəlib, gülüş gəlib. Hər biriniz bir ər, bir əsgər, bir igidsiniz!

Sağ-salamat böyüyüb ləyaqətli, namuslu, cəsarətli, dürüst; əyilməz, halal və mərd Kişi olun, inşallah! Allah özü bütün uşaqları, qorusun!

Dünyanın bütün uşaqlarının, üzü daim gülsün! Bütün uşaqların bu gününə, sabahına yük olan müharibələr sona çatsın!

Hər cür kin-küdurətdən, düşmənlikdən uzaq, saf, təmiz, sevgi dolu bir dünya kimliyindən, yaşından, rəngindən asılı olmadan bütün uşaqların, qisməti olsun! Sülh içində, rahat və xoşbəxt böyüyün!

Bu dualarım hamınızındır. Bütün yaşıdlarınızın, onun, sənin, qardaşlarının və bütün uşaqlarındır bu dualarım, Cavidanım!

Doğum günün mübarək!

Jalə ƏLİYEVA,

Millət vəkili

Read Previous

TARİX TƏKRARLANIR!-Araz Şəhrili yazır

Read Next

“Ceyhun müəllimlə 3 gün öncə danışmışıq…”-MİLLƏT VƏKİLİ YENİ NAZİRİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir