“Dünyanın gələcəyi yüksək texnologiyaların üzərində qurulacaq…” – DEPUTAT

Azərbaycan İKT-nin yüksək inkişaf dövrünü yaşayır. Dövlət başçısının bu sahəyə xüsusi diqqəti telekommunikasiya sahəsində daha böyük uğurlara imza atmağımıza gətirib çıxarıb. Telekommunikasiyanın səviyyəsi inkişafın göstəricisidir. 2008-ci ildən ölkənin elektronlaşması istiqamətində başlanmış işlər artıq Azərbaycanı kosmik fəzaya malik ölkələr sırasına daxil edib. Ölkəmizdə 10 il əvvəl sabit telefon şəbəkəsi heç də ürəkaçan deyildisə və genişzolaqlı internet insanlar üçün xəyal kimi görünürdüsə, indi artıq bütün ölkədə rabitə xidmətləri elektronlaşdırılb və ölkə əhalisinin 80%-i internet, 75,5%-i isə genişzolaqlı internet istifadəçisidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Qeyd edib ki,  hazırda Bakıda “Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiya Bakutel-2019” sərgisi keçirilir və bu ənənə halını alıb.

“Sərgidə İKT üzrə dünyada və ölkəmizdə əldə olunan uğurlar nümayiş olunur. Hər il Bakutelin açılışına cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın qatılması ölkəmizin müasir texnologiyaların inkişafına və tətbiqinə göstərdiyi yüksək diqqətin göstəricisidir.

Qısa bir dövrdə Azərbaycan inkişaf etmiş telekommunikasiya xidmətlərindən istifadə edən ölkədən dünyaya telekommunikasiya xidmətləri göstərən ölkəyə çevrilib. Bakutel-2019 bütün dünyanın diqqəti mərkəzindədir. Çünki dünya ölkələri yeni texnologiyalara yiyələnməyə can atır və elmin son nailiyyətləri məhz Bakıda nümayiş olunur. Bu, həm də qürurvericidir.

Ona görə ki, ölkəmiz qısa bir zamanda telekommunikasiya, innovasiya və yüksək texnologiyaları sahəsində böyük yolu qət edib. Dünya iqtisadiyyatında 4-cü və 5-ci sənaye inqilabları baş verdiyi zamanda ölkəmizin yüksək texnologiyalara yiyələnməsi və onu tətbiq etməsi Azərbaycanın dünyanın inkişafının önündə olduğunu göstərir.

Dünyanın gələcəyi yüksək texnologiyaların üzərində qurulacaq. Bizim ölkəmiz buna hazırdır”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yeni parlament seçkiləri ilə bağlı-KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRARINI VERDİ – YENİLƏNİB – (2)

Read Next

Deputat Hacıqabulun, “Xəzər”-in müavini Naftalanın icra başçısı oldu – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir