Dünyaya gəlişindən 17 gün sonra anasını itirən, tək övlad, əmisi və bibisinin himayəsində yaşayan-XAÇMAZLI ANTİTEROR ŞƏHİDİ XANBABA ƏLƏMMƏDOVUN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, 20 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Xaçmaz rayonunun antiterror Şəhidlərindən olan Xanbaba Ələmmədovun (Əliməmmədovun) doğum günüdür.

Xanbaba Ələmmədovun bu gün 20 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Xudat kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidin məzarını ziyarətdən sonra Cənnətdəki ilk doğum günü ilə bağlı Xudatda yerlışən “Xudat” şadlıq sarayında məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar başlayıb.

Çıxışlarda Şəhidin doğmalarına, əzizlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ilk doğum günü təbrik olunub.

Eyni zamanda, məktəblilər tərəfindən şeirlər ifa edilib.

Həmçinin, Şəhidi böyüdüb boya-başa çatdıran bibisi Şəfiqə xanıma və əmisi Cahid bəyə “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından “Xarıbülbül” simovolu təqdim olunub.

Simovolu adıçəkilən qrupun üzvü, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin qayını Vüsal Qarabağlı təqdim edib.

Məclisin sonunda isə Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı hazırlanmış tort kəsilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı məclisdə doğmaları, Xaçmazlı, Xudatlı, Şamaxılı, Tovuzlu Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblillər və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Xanbaba Ələmmədov (Əliməmmədov) 2004-cü ilin iyul ayının 5-də Xaçmaz rayonunun Xudat kəndində dünyaya gəlib…

Dünyaya gəlişindən cəmi 17 gün sonra-22 iyul 2004-cü il tarixində 34 yaşlı anasını itirib…

Anası Rəna xanım beyin qansızmasından dünyasını dəyişib…

Həmin gündən ona baba ocağında yaşayan əmisi Cahidin ailəsi və bibisi Şəfiqə xanım həm analıq, həm də atalıq edib…

9 fevral 1973-cü il təvəllüdlü Şəfiqə xanım həyatını anasız qalan (həm də ata nəvazişindən, ata qayğısından məhrum olan) Xanbabaya qurban edib, ailə həyatı qurmayıb…

Qardaşı Cahidgillə birlikdə Xanbabaya baxıb, onu böyüdüb boya-başa çatdırıb…

Xanbaba 2010-2019-cu illərdə Xudat kəndində yerləşən Qürbət Babayev adına ümumi orta məktəbdə 9 illik təhsil alıb.

2019-2021-ci illərdə isə Xudat şəhərində yerləşən Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib…

2022-ci ilin iyul ayının 8-də, 18 yaşının tamamından 3 gün sonra isə Əsgərliyə yollanıb…

Əvvəlcə Gəncə şəhərində, sonra Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

Azərbaycan Ordusunun, bir il üç ayın Əsgəri kimi 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatına qatılıb…

Axırıncı dəfə isə əmisi ilə sentyabrın 17-də danışıb…

Və sentyabrın 20-si səhər saat 3 radələrində Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 4 gün sonra, 24 sentyabr tarixində Xudat kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

19 yaşlı Xanbaba həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü, 20 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:59

***

FOTOLAR:

19:58

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Hakan Fidanla-NƏLƏRDƏN DANIŞDI? – FOTO

Read Next

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa-MƏSCİDİNDƏ OLDU, ŞUŞANI GƏZDİLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir