Düşmən atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırıldı

Read Next

Magistraturaya yeni qəbul qaydaları açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir