“Düşmən bizi tələyə çəkir, istədikləri addımı atmağımızı gözləyirlər, ona da hazırdırlar…Heç vaxt düşmənin bizdən gözlədiyini etməməliyik…”-MÜŞFİQ CƏFƏROVUN YAZISI

Son proseslər haqlı olaraq vətəndaşlarımızda qəzəbə səbəb olub.

Gənclərimiz emosiyalara qapılaraq addım atırlar.

Bu, bizi ölkə olaraq çətin vəziyyətə sala bilər. Bütün vətəndaşlarımız səbrli, təmkinli olmalıdır.

Ermənilər hər zaman təxribata əl atıblar, tarix boyu onlar dünya mediasının gözünü boyamağa çalışıblar. Gəlin etiraf edək ki, bu sahədə bacarıqlıdırlar, saxtakarlıqla dünya dövlətlərinin diqqətini çəkmək artıq bu millətin xislətinə hopub.

Bu təxribatın böyük məqsədləri var ki, gənclərimiz hislərinə qapılaraq bunu təhlil etmədən hərəkət edirlər. Mən sosial şəbəkələrdə yayılan videoları görüb düşünürəm ki, millətimiz erməniləri məqsədlərinə istəmədən nail olmalarına kömək olurlar.

Artıq biz informasiya müharibəsini uduzmaq üzrəyik. Onlar bizdə baş verən hər hadisəni öz xeyirlərinə təhrif edərək dünya mediasında işıqlandırırlar.

Təbii ki, buna şərait yaradan bizim düşünülməmiş addımlarımızdır. Bu gün sosial şəbəkələrdə paylaşılan videolarda neçə gəncimiz məsuliyyət altına düşür, həm də başqa bir ölkənin qanunları tapdalamaqla ittiham oluna bilərlər.

Bunun məsuliyyəti böyükdür. Ağılla, siyasətlə informasiya müharibəsi strategidiyası qurulmalıdır. Çalışdıqca xarici mətbuatda onların vəhşilliklərini yayımlanmasını təşkil etməliyik.

Sumqayıt hadisələrini xatırlayaq. Hər bir gəncimiz ki, bunları bilir. Ermənilər necə təxribata əl ataraq Azərbaycanı qaralamışdılar.

Kiçik bir araşdırma etsək görərik ki, ermənilərin imkanlı şəxslərinin əksəriyyəti çalışır ki, dünya mediasından yararlanaraq aparıcı ölkələrinin tanınmış KİV nümayəndəlikləri ilə əməkdaşlıq etsinlər. Bunu fakt kimi qiymətləndirib üzərində düşünmək lazımdır.

Los Anceles, Brüssel və digər xarici ölkələrdə olan həmvətənlərimizə qarşı olan fiziki təzyiqi çalışdıqca dünya mediasında işıqlandırmaq lazımdır. Güc tətbiqi bizə heç nə qazandırmayacaq, əksinə haqlı ikən haqsız vəziyyətə düşə bilərik.

Qeyd edim ki, hələ dünya ictimaiyyəti Sumqayıt hadisələrinin əsl təxribat olduğunu anlamayıb, Azərbaycanı təqsirləndirir. Los Anceles və Brüsseldə olan hadisələri hələ dünyanın heç bir aparıcı KİV nümunəsində geniş şəkildə olduğu kimi işıqlandırılmayıb.

Lakin artıq azərbaycanlının bir şilləsini dünyanın aparıcı media orqanlarında görə bilərik. Bizim jurnalistlərimizə bu barədə böyük bir iş düşür ki, onlar bu hadisələri yaymalı, işıqlanmasını təmin etməlidirlər.

Bu gün sosial şəbəkələrdə xaricdə yaşayan həmyerlilərimizə qisas çağırışları edilir ki, bu heç düzgün addım deyil, bu hiyləgər ermənilərin tələsinə düşməkdir. Bu, onlar haqlıdır deməkdir.

Artıq dünya siyasətində üstünlük əldə etdiyimiz bu həlledici anda düzgün qərarlar qəbul edib, lazımi davranışlar sərgiləmək vaxtıdır. Səbrlə, təmkinlə addımlar atmalıyıq.

Hazırda dünya ağılla siyasi manevrlər tələb edir, güc tətbiqi istəmir. Ermənilərin illərlə dünya üçün istifadə etdikləri cəfakeş, əzabkeş maskası yırtıldı. İndi dünya ictimaiyyəti onların əsl simalarını görür və qiymətləndirəcək.

Düşmən bizi tələyə çəkir, istədikləri addımı atmağımızı gözləyirlər, ona da hazırdırlar. Heç vaxt düşmənin bizdən gözlədiyini etməməliyik.

Soyuq beyinlə, təmkinlə düşünüb, gücümüzü və ağlımızı toplayıb qərar verməliyik. Dünya ictimaiyyətinin mövqeyini özümüzün xeyrinə istifadə etməliyik.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Həm daxildə, həm xaricdə kifayət qədər planlı-proqramlı, təmkinli və soyuqqanlı davranmalıyıq…”-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“Qısa müddət ərzində şəhid ailəsinə vurulmuş ziyan tam həcmdə ödənildi, şəhid ailəsinin haqqı bərpa olundu.”-OSMAN KAZIMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir