Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd olunub ki, Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var.
Ordumuz adekvat tədbirlər görür.
08:16
***
Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur.
Bu haqda MN-dən bildirilib.
Azərbaycan Ordusu adekvat tədbirlər görür.
08:44
***
Bərdə ərazisi “Toçka-U” kompleksindən atəşə tutulub.
Bu barədə də MN-dən bildirilib.
13:44
***
Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv olunub.
MN-dən verilən məlumata görə, düşmənin hərbi kolonu darmadağın edilib.

Etikxeber.az





