“Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub”-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

Şəhid zabitimiz-Rəşad Mahmudov-TORPAĞA TAPŞIRILDI – YENİLƏNİB

Read Next

Lavrovdan tərəflərə atəşkəs-ÇAĞIRIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir