“Düşmən yaşayış məntəqələrini-Tərtəri, Ağcabədini, Ağdam rayonunun Çullu və Çıraqlı kəndlərini artilleriya atəşinə tutur…”-MN-DƏN HƏM DƏ “ŞUŞA” AÇIQLAMASI – YENİLƏNİB – (1)

Düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

***

MN: “Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb”

“Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil”.

Bu haqda da MN-dən bildirilib.

“Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb”-deyə, əlavə olunub.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur.

MN-dən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

Etikxeber.az

Read Previous

“Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutuldu-XİN BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir