Düşmən yenə Tovuzu, Gədəbəyi, Tərtəri və Goranboyu-ATƏŞƏ TUTDU…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 41 dəfə pozub.

Etikxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Etikxeber.az

Read Previous

“Bununla Azərbaycan dövləti bir daha sübut etmiş və təsdiqləmiş oldu ki, ən çətin situasiyalarda belə, çıxış yollarını tapmağı, ən əsası öz insanının, öz vətəndaşının yanında olmağı bacarır…”-DEPUTAT ÖLKƏ PREZİDENTİNİN ŞİMAL-QƏRB BÖLGƏSİNƏ SƏFƏRİNDƏN DANIŞDI

Read Next

“Rəsul Quliyev 30 ildir oturub Amerikada, erməni lobbisinin dili ilə danışır… Deyir ki, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar… Necə, yəni? Torpağı vermək olar?”-SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir