Eldəniz SƏLİMOV: Bu gün futbol meydançasında qazanılan qələbə sabah döyüş, hərb meydanında qazanılan möhtəşəm qələbə olacaq
Düşmənpərəst, erməni bayrağı olan stadion çökdürülməli idi…
Təbriklər,”Qarabağ”!
Etikxeber.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında tanınmış hakim Tahir Süleymanov “Qarabağ” klubunun Kiprin “APOEL” komandasını rəqib meydanında 2:1 hesabı ilə udmasında, eyni zamanda, qarşılaşma baş tutan meydançada təxribat xarakterli Ermənistanın bayrağının açılmasına münasibətini bildirərkən qeyd edib.
“Qarabağ”a ancaq qələbə yaraşır.
Elə Qarabağda da”.
Bunu isə millət vəkili Aydın Mirzəzadə “Facebook” statusunda yazıb.
Digər millət vəkili Eldəniz Səlimov da “Qarabağ”ı möhtəşəm qələbə qazanması münasibəti ilə təbrik edib və kluba növbəti uğurlar arzulayıb.
Qeyd edib ki, bu gün futbol meydançasında qazanılan qələbə sabah döyüş, hərb meydanında qazanılan qələbə olacaq.
Onun sözlərinə görə, çünki qələbə qələbə, zəfər zəfər doğurur.
“Həm “Qarabağ”a, həm də Qarabağımıza qələbə, zəfər yaraşır…
Bu gün futbol meydançasında-özü də düşmən bayrağının dalğalandığı meydançada qələbə, sabah hərb, savaş meydanında qələbə…
Hər ikisini də haqq edir və edirik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.
***
Yazmışdım axı “Qarabağ” aslanlar kimi döyüşəcək.
Döyüşdü də…
APOELə səfərdə 2-1 qalib gəlmək böyük uğurdur.
Bu fikirlər də millət vəkili Fazil Mustafaya məxsusdur.
“Bu komanda Çempionlar Liqasında müntəzəm oynayır. Bakıda da bütün gücümüzü toplayıb qələbə qazanacağımıza inamım böyükdür.
Qələbədən çox gözəl və mobil oyuna sevindik. Kaş ki, hücum mövqeyində bir peşəkar xarici oyunçu ala biləydilər.
Bir də Rəşadın yoxluğunda mərkəz müdafiəsini saxlayan təcrübəli oyunçu olardı.
Rəşad və Almeyda “Qarabağ”ın keçmiş ruhunu bərpa etməyi bacardılar.
Həmişə bu cür qələbələrə sevinək”– deyə, F. Mustafa sonda qeyd edib.
Etikxeber.az