Düşmən Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur-MÜDAFİƏ NAZİRLİYİ – ORDUBAD RAYONU DA RAKET ZƏRBƏSİNƏ MƏRUZ QALIB – YENİLƏNİB – (2) – FOTOLAR

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi (MN) yayıb.

08:41

***

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

MN-dən bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

09:29

***

Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Bu haqda MN-dən bildirilib.

Qeyd olunub ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edir.

13:31

***

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib.

MN-dən qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. 

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Etikxeber.az

Read Previous

“Həm açıq, həm də “gizli” düşmənlə savaşırıq…Hər kəsi karantin qaydalarına əməl etməyə çağırırıq…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Ordubad rayonu ərazisinə raket zərbəsi endirilməsi Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir