“Düşmən hər zaman “Qarabağ şikəstəsi”nin avazını əbədi olaraq eşitməyə məhkum olacaq”-MİLLƏT VƏKİLİ

Azərbaycan xalqı tarixi günlər yaşayır. Biz çox sevinirk ki, doğma Qarabağımız işğaldan azad edilib, 30 illik Qarabağ həsrətinə son qoyulub. Bu sevinci bizlərə yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza, qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri gedir. Xüsusilə, Şuşa şəhərində bu proses böyük vüsət alıb.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Şuşanın bərpası ilə yanaşı bu tarixi şəhərimizdə, mədəniyyət paytaxtımızda mədəni tədbirlər də ardıcıl olaraq keçirlir.

Onun sözlərinə görə, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, Milli Musiqi Gününün qeyd olunması buna sübutdur:

“Mən özüm Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qarabağın incise olan Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak etməkdən sonsuz dərəcədə qürurluyam. Uzun illərdən sonra bir şuşalı olaraq doğma Şuşamıza səfər etdiyim üçün sevincimizin həddi-hüdudu yox idi. Eləcə də, digər mədəni tədbirlər də böyük əhəmiyyət kəsb edir. Bu tədbirlərlə Azərbaycan dövləti, vətəndaşları olaraq sübut etdik ki, bu torpaqlar tarixən bizə mənsub olub. Bu tədbirlər bizim həm də dünyaya mesajımız idi”.

“30 illik həsrət zamanı da Qarabağ, Şuşa heç vaxt yaddan çıxmamışdı. Əzəli torpaqlarımızın azad olunması üçün həmişə hazırlıq gedirdi, əminliklə torpaqlarımızın qaytarılacağı gün gözlənilirdi, Müzəffər Ali Baş Komandanımız tərəfindən bu əminlik qətiyyətlə bəyan olunurdu. Nəhayət ki, Qarabağ şikəstəsi, Bayatı Şiraz ifası Azərbaycan musiqisinin beşiyi olan Şuşamızdan ucaldı. Cıdır düzündən yayılan bu səs bütün Qarabağa, ermənilərin yaşadığı bütün bölgələrdə eşidildi. Bu gün Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə ilə rəşadətli ordumuz, səbirsizliklə gözlədiyimiz Qarabağa bizləri qovuşdurdu. Hörmətli Mehriban xanım Əliyevanın söylədiyi “bir gün əzəli diyarlarımız qaytarılacaq və biz o torpaqları öpəcəyik” ifadəsi gerçək oldu. Onların birgə qətiyyətli fəaliyyəti, məğlubedilməz ordumuzun gücü sayəsində 30 illik həsrətə bir dəfəlik son qoyuldu. Çox sevinirik ki, indi bu müqəddəs torpaqlarımıza qədəmlərimiz qoyuruq, artıq Şuşamızın, Qarabağımızın səmasında Azərbaycan bayrağı dalğalanır.

Təəssüflər olsun ki, eyni zamanda öz gözlərimizlə gördük necə Şuşamız düşmən tərəfindən dağıdılıb, mədəni irsimizin viran edilib. Amma buna baxmayaraq, Şuşa öz əzəmətini, qürurunu, qoruyub. Artıq çox şükür Şuşamız yaralarını sarıb və yenidən dərin nəfəs alır, çünki onun əsl sahibləri buradadır. Biz bütün Qarabağımızı, Şuşamızı dirçəldəcəyik, alınmaz qalamızı daha da alınmaz edəcəyik. Müqəddəs Şuşamızı yenidən cənnətə çevrəcəyik və əminəmki bundan sonra, düşmən hər zaman Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaqlar”-deyə, millət vəkili vurğulayıb.

Etikxeber.az

Read Previous

BMT sessiyası: Arzular ve reallıqlar-POLİTOLOQUN BAXIŞI

Read Next

Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı-CİNAYƏT İŞİ BAŞLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir